Ermənistan-Amerika münasibətlərində qalmaqal| ABŞ Ermənistana sanksiya tətbiq edə bilər

2020/04/18498-1586246906.jpg
Oxunub: 6240     12:30     01 Mart 2021    
ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistan hökumətini ABŞ istehsalı olan “Boeing 737” təyyarəsinin yeri barədə dəqiq məlumat verməyə çağırdığını bildirib. Məsələ bir gün əvvəl Nikol Paşinyanın keçmiş aviasiya üzrə müşaviri Hakob Çağaryanın öz “Facebook” səhifəsində Tallindən Birləşmiş Ərəb Əmirliklərinə uçmalı olan erməni təyyarəsinin uçuş zolağından yayındığını və Tehrana endiyinə dair yazısından sonra başlayıb.

Hakob Çağaryan bu barədə ona BƏƏ tərəfdaşları tərəfindən məlumat verildiyini, təyyarənin marşrutundan kənara çıxmasının isə aviasiya üçün fövqəladə bir hal olduğunu, hətta qaçırılma sayıldığını bildirib. Üstəlik məsələ burasındadır ki, erməni qeydiyyatlı “Boeing”dən bəhs olunur. Sonra “Fly Armenia Airways” şirkətinə məxsus bir təyyarədən söhbət getdiyi ortaya çıxmışdı.

Məlumata görə, Ermənistanın “Boeing 737-300” təyyarəsi Tehrana çatmazdan əvvəl Bolqarıstanda da olub. Bu təyyarəyə Estoniyadan hərəkət etmək üçün hansı icazənin verildiyini yalnız Ermənistan Mülki Aviasiya Komitəsi və “Fly Armenia Airways” aviaşirkəti bilir. Təyyarə Litva qeydiyyatına malik olub, sonra erməni aviaşirkətinə verilib. Daha sonra məlum olub ki, EK-FAB qeydiyyat nişanlı “Fly Armenia”ya məxsus digər “Boeing” də ötən il dekabrın 2-dən Tehrandadır.

Bu hekayənin ən maraqlı və ya problemli tərəfi sadəcə marşrutdan kənara çıxması deyil, məsələ ABŞ-ın sanksiyalar tətbiq etdiyi halda, Ermənistanda qeydiyyata alınan Amerika istehsalı “Boeing” təyyarəsinin Tehranda peyda olmasıdır. Amerika Birləşmiş Ştatları Amerika texnologiyalarının İrana ixracını qadağan edib. Belə deyək əgər bu rəsmi bir ixracat deyilsə, problemin mahiyyəti dəyişmir, ortada bir həqiqət var, bu, ilk növbədə Ermənistan-Amerika münasibətləri üçün risklər yaradır. Hazırda dövlətin cavabı bu riskləri təsirsiz hala gətirmir, əksinə minimuma endirir. Ermənistan Mülki Aviasiya Komitəsi istintaqın davam etdiyinə dair açıqlama verib.

Təyyarəyə sahib olan şirkət, bu təyyarənin Tallindən Ukraynaya uçmalı olduğunu, ancaq başqa bir yerdə peyda olduğunu bildirib. Bu açıqlamaların verilməsi, bunların olmamasına bərabərdir. Ancaq ümumi vəziyyət heç bir dövlət idarəçiliyinin olmamasına bərabərdir. ABŞ səfirliyinin müraciəti faktiki olaraq, elə bir sual verir: Ermənistanda bu cür incə məsələlərin idarə olunmasına məsul idarəetmənin, hökumətin olub-olmadığına, yoxsa Ermənistanda hər şeyin taleyin ümidinə tərk edildiyinə dair bir sorğudur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ABŞ   Böhran  

Ermənistan-Amerika münasibətlərində qalmaqal| ABŞ Ermənistana sanksiya tətbiq edə bilər

2020/04/18498-1586246906.jpg
Oxunub: 6241     12:30     01 Mart 2021    