Paşinyanın Rusiyaya qarşı hücumlarını necə izah etmək olar?

2021/02/pasin-1614424494.jpg
Oxunub: 1223     15:31     01 Mart 2021    
Rusiyanın “EurAsia Daily” nəşrində Nikol Paşinyanın “İskəndər” Operativ-Taktiki Raket Kompleksləri ilə bağlı verdiyi bəyanatı ilə Ermənistan-Rusiya münasibətlərində daha bir qalmaqal yaranmasından bəhs edən məqalə yayımlanıb.

İndi hər kəs müasir raketlərin necə partlaya bilmədiyini və üstəlik “cəmi 10% partlaya biləcəyini” anlamağa çalışır.

Rusiya KİV-ləri Ermənistan Baş nazirinin bəyanatına dair ekspertlərin tənqidi qiymətləndirmələri ilə doludur, Rusiya Federasiyası Dövlət Dumasında, hətta Paşinyanın “İskəndər”lə bağlı dediklərinə görə üzr istəməsinə dair çağırışlarda səsləndirilib. Belə bir sərt reaksiya başa düşüləndir. “İskəndər” Rusiyanın hərbi sənaye kompleksinin qüruru sayılır və Moskvanın bu müasir kompleksləri satmağa razı olduğu yeganə ölkə Ermənistandır.

Erməni KİV-lərinə və ekspertlərinə gəldikdə isə, onlar Paşinyanın sözlərinin əsas hərbi-siyasi müttəfiqlə münasibətlərə mümkün mənfi təsirini dərk edib-etmədiyini, yoxsa keçmiş prezident Serj Sarkisyanın son müsahibəsində Qarabağdakı son müharibə zamanı “İskəndər” raketlərini vaxtında istifadə etməmək ittihamlarını bir şəkildə yumşaltmaq məqsədilə bu sözləri ağılsızca söylədiyini anlamağa çalışırlar. Əslində, bu raketlərin mövcudluğu müharibədə uğur qazanacağına ümid verən Ermənistan ordusunun əsas silahı hesab olunurdu. Nə də olsa, Paşinyanın aldığı silahsız Su-30SM qırıcıları müharibədə “kozur” hesab edilə bilməz, Ermənistan üçün külli miqdarda pulla əldə edildikdən sonra onların əsas “döyüş” tapşırığı Paşinyanın iştirakı ilə çəkilmiş foto və videolar idi.

Xatırladaq ki, Paşinyan müsahibəsində Ermənistan tərəfinin niyə “İskəndər” raketlərindən Azərbaycan üçün strateji əhəmiyyət daşıyan infrastruktura, xüsusən rəqibin dövlət büdcəsinin aslan payını təmin edən neft-qaz kompleksinə, həmçinin Gəncə hava limanı kimi hərbi obyektlərə qarşı istifadə etməməsi sualını cavablandırmayıb.

Əlbətdə ki, Paşinyanın bu sözləri son illərdə mütəmadi olaraq etdiyi növbəti bir məsuliyyətsiz, əsassız açıqlama sayıla bilər. Ancaq Moskvanın Qarabağ münaqişəsindən əvvəl və xüsusən də sonrakı rolu ilə bağlı açıqlamalarını müqayisə etdikdə, onun Rusiya Federasiyasına hücumları qeyri-uzaqgörən bir siyasətçinin adi səhvləri deyil, Rusiyanı xalqın gözündə nüfuzdan salmağa yönələn məqsədyönlü siyasətinin bir hissəsi olduğu təəssüratı yaranır.

Xüsusilə də Paşinyanın Azərbaycan prezidenti İlham Əliyev haqqında danışarkən nə qədər təəccüblü dərəcədə diqqətli və təmkinli olduğunu xatırlasaq, bu addımı anlaşılmazdır. Ümumiyyətlə ictimai çıxışlarında, təmkinsiz Paşinyan, İlham Əliyev tərəfindən onun ünvanına edilən şəxsi təhqirlərdən sonra belə soyuqqanlılıqla özünü idarə edir. Ancaq İlham Əliyev keçən il müharibə başlamazdan çox əvvəl (Prezident İlham Əliyev 2019-cu ilin avqust ayında Xankəndində “Qarabağ Ermənistandır vəssalam” təxribatçı sözlərindən sonra Paşinyana qarşı çox sərt şəkildə tənqidə başladı) Paşinyanı tənqid etməyə başlayıb.

Paşinyan 2018-ci ildə hakimiyyətə gəlməsindən və “öz nöqtəsindən” danışıqlara başlamasından sonra (bu, faktiki olaraq Bakıya hədiyyə oldu), Paşinyan Azərbaycanı tərəfindən müharibənin başlanması ehtimalına görə Rusiyanı günahlandırırdı. 2018-ci ilin iyulunda edilən açıqlamasını xatırlamaq kifayətdir.

“Rusiya Federasiyası bir super güc olaraq hərbi əməliyyatların bərpasının qarşısını almaq imkanına malikdir. İnanmıram ki, Ermənistanın dostu və strateji tərəfdaşı olan Rusiya müharibənin qarşısını almaq üçün Azərbaycana təzyiq göstərmək üçün təsir gücündən istifadə etməsin”.

Eyni zamanda, mövzudan ən azı bir az xəbərdar olan hər kəs başa düşür ki, Moskva təkcə Türkiyəyə deyil, hətta Azərbaycanın siyasətinə tam nəzarət etmə iqtidarında deyil, çünki əks halda Bakı çoxdan Avrasiya İqtisadi Birliyi və KTMT-nin üzvü olardı, son illərdə isə orada türk yox, yalnız rus hərbçilər yerləşərdi. Rusiyanın bölgədə bu qədər güclü, praktiki olaraq həlledici təsiri olsaydı, Saakaşvilinin rəhbərliyi altında Cənubi Osetiyada əməliyyatlar aparmasına necə icazə verərdi? Aydındır ki, Paşinyan “reallığın qulağından dartaraq”, necə deyərlər, “hər şeyi xəstə başdan sağlam başın üzərinə atmağa” çalışırdı, təxribatçı şəkildə gözlənilən cəfəngiyatına görə Moskvanı ittiham edirdi.

Yeri gəlmişkən, “məxməri inqilab” Paşinyanın hakimiyyətə gəlməsi, ikitərəfli münasibətlərdə baş verən müntəzəm problemlər Rusiyanın müttəfiq Ermənistanın siyasətinə belə tam nəzarət etmək iqtidarında olmadığını və ya çalışmadığını göstərir. Bütün bunlar yeni hökumətin 2018-ci ilin avqust ayında “məxməri inqilab”dan sonra Ermənistandakı reallığa uyğunlaşmağı “tövsiyə etdiyi” Moskvanın fikirlərinə çox fikir verməyin lazım olmadığına əmin etdiyi bir vaxtda baş verirdi.

Daha maraqlı proseslər və bəyanatlar müharibədən sonra, Ermənistan hakimiyyətinin əhalini Qarabağda hərbi əməliyyatlar zamanı tanımaqdan imtina etməsinin, bundan sonra erməni tərəfinin bütün güzəştlərinin Moskvanın təzyiqinin nəticəsi olduğuna inandırmağa başladığı zaman başlamışdı. Paşinyan erməni əsirləri qaytarmaması və kommunikasiya əlaqələrini açma istiqamətində fəaliyyətə davam etməsinə görə də Rusiyanı günahlandırır.

Müharibədən sonra Paşinyan özü Çaylaqqala və Böyük Tağlar kəndlərini təhvil verməkdə özü Rusiyanı günahlandırdı, sonra da Rusiyanı Şuşanın təhvil verilməsini müharibə zamanı barışıq və ya atəşkəs şərti kimi irəli sürməkdə günahlandırdı (hətta Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da bunu inkar etməli oldu). Daha sonra isə Qarabağın statusu barədə danışıqlar barədə qərar vermədən Rusiyanı keçmiş DQMV-nin bitişik ərazilərin təhvil verilməsi tələbinə görə də günahlandırdı. Rusiya tərəfi Paşinyanı hər dəfə inkar etməli olurdu, lakin bu açıqlamalar, təbii ki, Rusiyanın Ermənistan cəmiyyətindəki nüfuzuna mənfi təsir göstərirdi.

Bütün bunları nəzərə alaraq sual yaranır, niyə Rusiya rəhbərliyi ilə görüşlər zamanı Rusiya ilə ittifaqa sadiqliyinə əmin edən Paşinyan, mütəmadi olaraq hücumlar edir və erməni cəmiyyəti qarşısında Rusiyanı nüfuzdan salmağa çalışır. Bu cür mütəmadi anti-Rusiya bəyanatları, mümkün geosiyasi sarsıntılara ictimai rəyin hazırlanması ilə izah edilə bilər. Təsadüfi deyil ki, Paşinyanın “İskəndər” barədə dediklərindən sonra çoxları, ABŞ-ın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi Con Boltonla (ondan sonra da) birlikdə keçirdiyi mətbuat konfransında itaətkarlıqla necə susduğunu xatırlamışdı. Həmin vaxt, Bolton Rusiya ilə ittifaqı, yəni “tarixi krişasını” unutmağı, eyni zamanda rus silahı deyil, Amerika silahları almağı düşünməyi tövsiyə edirdi.

Paşinyanın “İskəndər”lə bağlı qalmaqallı bəyanatından sonra rəsmi İrəvan ikitərəfli münasibətlərdəki gərginliyi azaltmaq və ya müəllifin düşünmədən (əlbəttə əgər şüurlu şəkildə edilməyibsə) Rusiya hərbi-sənaye kompleksinə vurduğu ziyanı azaltmaq üçün sözlərini hər hansı bir şəkildə izah etməyə zərurət belə duymayıb.

Son 24 saat ərzində yeganə rəsmi reaksiya, Paşinyanın “İskəndər” raketlərinin partlamadığını və ya cəmi 10 %-nin partladığını söylədiyinə gülməyə cəsarət edən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifəsindən azad edilməsi oldu.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Paşinyanın Rusiyaya qarşı hücumlarını necə izah etmək olar?

2021/02/pasin-1614424494.jpg
Oxunub: 1224     15:31     01 Mart 2021    