Yaponiyanın “Shūkan Gendai” nəşri yazır: “Qarabağdan xəbəriniz var?”

2021/02/6667-1614424737.jpg
Oxunub: 10011     15:18     27 Fevral 2021    
Yaponiyanın “Shūkan Gendai” nəşri Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edib. Məqalədə qeyd olunur, keçən il Rusiyanın yanında növbəti münaqişə baş tutdu.

“Qarabağdan xəbəriniz var?

Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən misilsiz və tarixi irsi olan mənzərəli Qafqaz üç regional supergüc ölkə Rusiya, İran və Türkiyə kimi dövlətlərlə əhatə olunub. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən Gürcüstan, Ermənistan və Azərbaycan bu bölgədə yerləşir.

Qarabağ Azərbaycan və Ermənistan arasındakı bölgədə Azərbaycan ərazisində yerləşir. Sovet dövründə Qarabağ Azərbaycana məxsus idi, ancaq Sovet İttifaqı dağılandan sonra Ermənistanın nəzarətinə keçmişdi.

SSRİ dağıldıqdan sonra Ermənistanla Azərbaycan arasında bu bölgə uğrunda hərbi toqquşma baş verdi, lakin keçən payızda başlayan müharibə ən genişmiqyaslı hərbi əməliyyatlar oldu. Bu mənada bölgədə qüvvələrin ciddi şəkildə yenidən tənzimlənməsi baş verdi”, - deyə məqalədə qeyd olunur.

Müəllif yazır ki, yaponların praktik olaraq tanımadığı Avropanın kənarındakı bu silahlı qarşıdurmanın Yaponiya üçün heç bir maraq kəsb etmədiyini söyləmək olmaz.

“Qafqaz Rusiya ilə Avropanı Yaxın Şərqlə birləşdirən vacib bir nöqtədir. Xəzər dənizindən Türkiyəyə və Avropaya gedən neft və qaz kəmərləri buradan keçir.

Bu bölgədə sabitlik pozularsa, təkcə Avropaya deyil, bütün dünya iqtisadiyyatına mənfi təsir göstərər.

Rusiya ilə Türkiyə arasında çətin bir mübarizə gedir

Ötən ilin sentyabrında başlayan hərbi toqquşmalar Türkiyənin dəstəyini alan Azərbaycanın xeyrinə genişmiqyas alıb. Bundan əvvəl hərbi üstünlük Rusiya silahlanmasına sahib olan Ermənistanın tərəfində idi, lakin bu dəfə uğur İsrail PUA-ları və digər müasir silahlardan istifadə edən Azərbaycana gülümsədi.

Hərbi üstünlüklərə gəldikdə, silahlanma və strategiya problemlərini öyrənmək lazımdır, ancaq geosiyasi baxımdan münaqişədəki pərdə arxasında olan ölkələrə - Rusiya və Türkiyəyə diqqət yetirmək zəruridir.

1920-ci illərdə Qafqaz bölgəsində Sovet dövrünün formalaşması fonunda müxtəlif qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdılar. Azərbaycan Türkiyənin, Ermənistan isə Rusiyanın tərəfində idi. Azərbaycan milli xüsusiyyətləri və dili baxımından Türkiyəyə yaxın, lakin Ermənistan tərəfindən bölünmüş İslam ölkəsidir. Bu arada, Xristian Ermənistan həm etnik, həm də dil baxımından Türkiyəyə yaddır. Ermənistan Türkiyə ilə həmsərhəddir, amma faktiki olaraq düşmən münasibətdədirlər. Yer dəyişdirə bilsəydilər, vəziyyət fərqli olardı, ancaq qonşuları seçmirlər.

Atəşkəs prezident Putinin vasitəçiliyi ilə əldə edildi, lakin...

Ötən ilin sentyabrında başlayan münaqişə ATƏT-in Minsk qrupu tərəfindən müzakirə edildi. Minsk qrupunun vasitəçi həmsədrləri ölkələri olan Rusiya və ABŞ tərəfindən oktyabr ayında xarici işlər nazirləri səviyyəsində üç dəfə atəşkəs razılaşması imzalanmışdı, lakin hər dəfə bu atəşkəs razılaşmasının pozulması səbəbindən prezident Putin müdaxilə edib və liderlər səviyyəsində atəşkəs imzalanıb.

Bu münaqişənin yenidən başlaması Avropada ciddi narahatlığa səbəb olmuşdu və bu səbəbdən qalıcı atəşkəs Prezident Putinin əhəmiyyətli bir nailiyyəti oldu. Qərbin Ukrayna məsələsinə görə sanksiya tətbiq etdiyi Rusiya bunu böyük bir uğur hesab edir.

Bu il yanvarın 11-də Rusiya Prezidenti Ermənistan və Azərbaycan liderlərini üçtərəfli danışıqlara dəvət etdi və atəşkəs razılaşmasının həyata keçirilməsini bir daha təsdiqlədi. Beləliklə, Putin uğurlarını nümayiş etdirdi. Bundan bir gün əvvəl Rusiya prezidenti Minsk Qrupunun digər həmsədri Fransa Prezidenti Emanüel Makronla telefon danışığı aparmış və planlaşdırılan üçtərəfli danışıqlar barədə ona məlumat vermişdi.

Rusiyanın iki ölkə arasında vasitəçilik səyləri göstərməsi tamamilə təbiidir, çünki 30 il əvvəl bu ölkələr vahid bir dövlət idilər. Ancaq daha çox, Moskvanın Rusiyapərəst Ermənistanın üstünlüyünü itirməsi fonunda Azərbaycanın arxasında dayanan Türkiyə ilə münasibətlərinə qayğı göstərdiyinə diqqət yetirməliyik. Rusiyanın bu diplomatik mövqeyi rəhbər tutduğu açıq-aydındır.

Rusiya üçün “sərhədlər”

Əvvəla, Rusiya bu münaqişədə tərəflərdən heç birini dəstəkləməyib, bitərəf mövqe tutub. Rusiyanın sərgilədiyi münasibəti hətta passiv adlandırmaq da diqqət çəkə bilər. Başqa sözlə, Rusiyanın “sərhədləri” rusdilli əhalinin (etnik ruslar) olmadığı bölgələri əhatə etmir.

Bu mövqenin keçən ilin iyul ayında Rusiya Konstitusiyasına əlavə edilmiş maddəyə uyğun gəldiyini söyləmək olar: “Rusiya Federasiyası xaricdə yaşayan soydaşlarına hüquq və mənafelərinin qorunmasında və ümumrusiya mədəni kimliyinin qorunmasında kömək edir”

Başqa sözlə, Rusiya SSRİ-nin tərkibində olan bütün ölkələrə eyni münasibət göstərmir. Rusiya bu ölkələri soydaşlarına, rus mədəniyyətinin varlığına, başqa sözlə, rus dünyasının bir hissəsi olub-olmadığına görə təsnif edir.

Bölgədəki sülh prosesinə töhfə nümayişi

İkincisi, Rus dünyasının xaricində Rusiya, ABŞ və Fransa kimi mərkəzi ölkələrlə əməkdaşlıq edir. Bu vəziyyətdə ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq edilir. Ukrayna ilə problemlər üzündən Rusiyanın beynəlxalq aləmlə münasibətləri son dərəcə pisləşmişdi. Bu fonda Moskva dünya super gücləri ilə əməkdaşlıq edir və gərginliyi aradan qaldırmaq üçün yollar axtarır.

Prezident Putinin Rusiyası, dünyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən idarə ediləcəyi bir dünya düzəninə can atır. Rusiya liderinin bu münaqişənin sülh yolu ilə həlli üçün belə bir sxemi alqışladığı zənn olnur.

Eyni zamanda, 5 yanvar tarixində Almaniyanın kansleri Angela Merkel ilə telefon danışıqlarında Ukrayna məsələsinin müzakirə olunduğu bildirilmişdi. Yəni bu münaqişənin həlli sadə bir məsələ deyil.

Türkiyə ilə Rusiya arasında maraqlar toqquşması

Üçüncüsü, təsir üstündə Türkiyə ilə toqquşma var. Düşünürəm ki, Rusiya Azərbaycanı dəstəkləyən Türkiyənin mövqeyini nəzərə alır. İlin əvvəlindəki üçtərəfli danışıqlardan iki gün sonra Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək görüşün nəticələrini müzakirə etmişdi.

Azərbaycanı dəstəkləyən Türkiyə əvvəlcə Minsk Qrupunun müdaxiləsinə mənfi münasibət bəsləyirdi və atəşkəs haqqında danışıqlar rahat şəkildə getməmişdi.

Nəticə etibarilə atəşkəsə elə bir şəkildə nail olundu ki, Türkiyəyə qarşı qayğı ilə yanaşılaraq, Rusiya tərəfi güc tarazlığını yenidən nəzərdən keçirdi.

Qafqaz uzun müddət Osmanlı İmperiyasının nəzarəti altında olub. ХIХ əsrdə baş verən bir neçə Rusiya-Türkiyə müharibəsi səbəbindən bölgə Rusiyanın hakimiyyəti altına girib. Hətta Birinci Dünya Müharibəsi dövründə də Rusiya ilə Türkiyə Qafqaz cəbhəsində vuruşublar.

Tarixən hər iki ölkənin bu bölgədə maraqları hər zaman toqquşub. Sonra Qafqaz SSRİ-nin tərkibinə daxil oldu və İttifaqın dağılmasından sonra Rusiyanın təsir dairəsinə çevrildi.

Bu qarşıdurma əsnasında, təsir dairəsi ilə əlaqədar olaraq Türkiyə ilə Rusiya arasında başqa bir qarşıdurma yaşandı. Bu, bölgənin yenidən münaqişə zonasına çevrildiyini göstərir.

Enerji təhlükəsizliyi və “şimal əraziləri” problemi

Müharibədən sonrakı xəritə dəyişiklikləri Qara dəniz bölgəsində, Ukraynada və Qafqazda cəmləşib. Buna misal olaraq Rusiyanın Krımı ilhaq etməsi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılması və Qarabağdakı mövcud müharibəni göstərmək olar.

Rusiya və Türkiyə, həmçinin Almaniya, Polşa və digər Avropa ölkələri bölgədə tarixən qarşıdurma yaşayıblar. Rusiya sərhədləri yaxınlığında geosiyasi dəyişikliklərin getdiyini söyləmək olar.

Rusiyanın indi diqqətini rusdilli zonalara yönəltdiyi məlum olur. Rusiyanın bütöv postsovet məkanında təsiri azalır. Əksinə, Türkiyə etnik və mədəni baxımdan özünə yaxın olan Azərbaycanda gücünü artırır.

Krımda türk mənşəli Krım tatarları yaşayırlar. Türkiyə Krım məsələsində Rusiya ilə qarşıdurma içindədir. İki ölkə arasında millətçi diplomatiyanın toqquşması baş verir.

Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri və Trans-Anadolu qaz kəməri Azərbaycandan Avropaya və Türkiyəyə uzanır. Bölgədəki münaqişələrin gərginləşməsi və Rusiya-Türkiyə qarşıdurması enerji təhlükəsizliyinə, məsələn, enerji daşıyıcılarının qiymətlərinin artmasına mənfi təsir göstərəcək. Bunun enerji idxalından asılı olan Yaponiyaya da təsiri olacaq.

Üstəlik, Rusiya indi təsir dairələrini təsnif edir, müəyyən dərəcədə Ermənistandan və digər qeyri rusdilli ölkələrdən uzaqlaşır. Bunun müqabilində rus mədəniyyətinin və dilinin geniş yayıldığı bölgələrlə bağlı güclü bir siyasət yürüdə bilər. Bu halda Rusiya üçün rusların suverenliyi altında yaşayan Cənubi Kuril adaları ilə bağlı güzəştə getmək daha çətin olacaq.

Buna görə də Yaponiyanın bölgədəki mümkün geosiyasi risklərə daha çox diqqət yetirməsi lazımdır”, - deyə məqalənin müəllifi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Yaponiya  

Yaponiyanın “Shūkan Gendai” nəşri yazır: “Qarabağdan xəbəriniz var?”

2021/02/6667-1614424737.jpg
Oxunub: 10012     15:18     27 Fevral 2021    