Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilənin ümumi dəyəri 54 milyon dollardır. Helikopterlər 2022-ci ilin iyun ayınadək ABŞ ordusuna təhvil verilməlidir.
UH-60 təcrübə modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanıb, 1976-cı ildə helikopter ABŞ ordusunun təchizatı müsabiqəsində qalib gəlib. İlk seriyalı istehsal variantı olan UH-60A 1979-cu ildə ABŞ Ordusunun silahlanmasına daxil edilib. Bunun ardınca helikopterin radioelektron mübarizə və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş variantları istehsal olunub. UH-60 ailəsindən olan helikopterlər ABŞ Ordusundan sonra bir neçə başqa dövlətin də silahlı qüvvələrinin inventarına daxil edilib.
Sevinc Əliyeva
Ordu.az