ABŞ məhkəməsi ASALA terrorçusunu sərbəst buraxacaq

2021/02/Untit-1614421012.jpg
Oxunub: 2205     14:47     27 Fevral 2021    
Ermənilərin ASALA terror təşkilatının üzvü Hampiq Sasunyan sərbəst buraxılacaq.

Ordu.az xəbər verir ki, çərşənbə günü Los-Anceles Ali Məhkəməsi ştat rəhbəri Qavin Nyusomun qərarını ləğv olunmuş hesab edib.

Nyusomun qərarına əsasən, Hambiq Sasunyanın vaxtından əvvəl şərti azadlığa buraxılması hüququ və vəsatəti rədd edilmişdi.

Sasunyan 2019-cu ildə vaxtından əvvəl şərti azadlıq hüququ alıb, lakin Kaliforniya ştatının rəhbəri bunu rədd edib, məhkəmə isə indi ştat rəhbərinin bu qərarını ləğv olunmuş elan edib.

Qeyd edək ki, Terrorçu Hampiq Sasunyan 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb və ömürlük həbs cəzasına məhkum edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASALA   ABŞ  


Bizi "telegram"da izləyin