Ordu.az xəbər verir ki, bu barədə şirkətlərin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sualtı qayıqların inşasını əhatə edən müqavilənin ümumi dəyəri 1.35 milyard avrodur.
Müqaviləyə əsasən, şirkət İtaliya donanmasına Almaniyanın “Thyssenkrupp” şirkəti ilə birlikdə hazırlanan U212 NFS sualtı qayıqlarını inşa edəcək.
Sualtı gəmilərin 2027 və 2029-cu ildə İtaliya donanmasına təhvil verilməsi nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az