Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib

2021/02/16143-1614335287.jpg
Oxunub: 635     14:27     26 Fevral 2021    
Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan "29-cu ilində Xocalı soyqırımının düşündürdükləri" mövzusunda sərgi və konfrans keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin, Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunin sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, proffessor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, Türkiyə-Azərbaycan İş Adamları Platformasının baş katibi Aygün Əliyev, sabiq millət vəkili, "İkinci Yüzil" dərnəyinin sədri Metin İşık, millət vəkili Ensar Aytekin, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Keçiören bələdiyyəsinin sədri Turgut Altınok, Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat, Asiyanın kənd təsərrüfatı üzrə rəhbər şurasının sədri İbrahim Sancı, YTB sədrinin müavini Sait Yusuf, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, TÜRKSOY-un baş katibi Elçin Qafarlı, sabiq millət vəkili Abbas Bozyel, Qars-Ərdahan-İğdır Fondunun sədri Kamil Salduz, BRP şirkətinin sədri Nafer Çapar və digərləri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının və hər iki ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ankara   Xocalı  

Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib

2021/02/16143-1614335287.jpg
Oxunub: 636     14:27     26 Fevral 2021    