Sərəncamı hələ imzalamamış Armen Sarkisyanın üç gün vaxtı var. Əgər o, bu sənədi imzalamasa, nə baş verəcək?
Bu gün jurnalisitlərə açıqlamasında erməni hüquqşünas Arpine Hovhannisyan deyib ki, iki variant var - Armen Sarkisyan üç gün ərzində imzalamasa, Onik Qasparyan hüququn gücü ilə azad edilmiş hesab olunacaq: "Konstitusiyaya görə, ikinci variant var. Prezident Sarkisyan öz mülahizələri, müşahidələri ilə təklifi onu verən şəxsə, yəni Paşinyana qaytarsa və hansı müşahidələrə sahib olduğunu, orada konstitusiyaya zidd aydın təzahürlər olduğunu qeyd etsə, Baş nazir geri göndərə bilər, bu halda Armen Sarkisyan ya imzalamalıdır, ya da Konstitusiya Məhkəməsinə göndərməlidir. Bu, konstitusiyaya zidd olduğu üçün Armen Sarkisyanın fəaliyyətləri açıq-aşkardır, o, əvvəlcə Paşinyana göndərməlidir, geri qaytarmaq halında onu Konstitusiya Məhkəməsinə göndərməlidir".
Alpər Mövludoğlu
Ordu.az