Hazırda bu qalada Azərbaycanın 3 rəngli bayrağı dalğalanır - FOTOLAR

2021/02/44333-1614406587.jpg
Oxunub: 7016     12:00     27 Fevral 2021    
Ermənilərin xarabalığa çevirdiyi ən böyük rayonlarımızdan biri Ağdamdır. Bu rayon ərazisində olan tarixi abidələrimiz dağdılıb, təhqir olunsa da, bəzi tarixi məkanlardan öz yararlarına istifadə ediblər.

Tarixi Şahbulaq qalası özünün əzəmətliliyilə seçilir. Ağdam ərazisində dağıdılan abidələr bəzən ermənilərin öz xeyirlərinə istifadəsi üçün qorunub. Şahbulaq qalsının içərisini təmir edən ermənilər bu qaladan muzey kimi istifadə ediblər.

Ermənilər, işğal altında olduğu müddət ərzində qala üzərində müəyyən restavrasiya işləri aparıblar. Amma abidəni qorumaq məqsədilə deyil. Guya bu abidənin özlərinə məxsus olmasını isbat etmək məqsədilə. Qalanın içərisində də gəzəndə müəyyən eksponatların saxlanılması üçün yerlərin tamamilə təmir olunduğunu gördük. Ermənilər Azərbaycana məxsus olan tarixi eksponatların ermənilərə məxsus olduğunu isbat etmək üçün bu cür banerləri dərc edib qalanın divarlarına asıblar. Ehtimal olunurdu ki, müəyyən vaxtlarda ermənilər bura turist axınını da təşkil ediblər.

Bəli, ehtimal olunurdu. Amma qalanı gəzdikcə qarşımıza çıxan bəzi sənədlər və qəbzlər bu ehtimalların bir gerçək olduğunu ortaya çıxarırdı. Həqiqətən də ermənilər bizim tariximizdən öz yararlarına istifadə edib, hətta ordan qazanc da götürüblər.

Ermənilər işğal altında saxladıqları müddət ərzində bu ərzilərdə olan tarixi abidələrimizdən həm də qazanc məqsədilə istifadə ediblər. Tarixi Şahbulaq qalasının içərisini axtararkən abidəyə giriş üçün müəyyən biletləri də gördük. Amma nə az, nə çox, düz 28 il sonra bu qala əsl öz sahibinə qovuşdu.

Hazırda bu qalada Azərbaycanın 3 rəngli bayrağı asılıb. Yəqin ki, ermənilər bunu təsəvvürlərinə belə gətirməzdilər.

Qalanın otaqlarından birində isə bura gələn turistlərə verilən ödəniş qəbzlərinin qalıqları diqqətimizi çəkdi. Müəyyən vaxtlarda qalaya turist axınını təşkil edən ermənilər qalaya giriş üçün qəbzlər tərtib ediblər. Həmin qəbzlər müəyyən məbləğlərlə qalaya giriş və qaladakı eksponatlarla tanış olmaq məqsədilə turistlərə verilib.

Yolüstü Ağdam cümə məscidi və Qiyaslı kənd məscidinə də baş çəkdik. Gördüklərimiz bizdə yalnız bir təəsürat yaratdı. Bir halda ki, bizim olandan düşmən saxtakarlıqla öz xeyrinə istifadə edir, o zaman əlimizdə olan imkanlardan istifadə edərək, kimsənin tariximizi saxtlalaşdırmaması üçün özümüzün olana sahib olmalıyıq.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şahbulaq   Ağdam  

Hazırda bu qalada Azərbaycanın 3 rəngli bayrağı dalğalanır - FOTOLAR

2021/02/44333-1614406587.jpg
Oxunub: 7017     12:00     27 Fevral 2021    