Ordu.az xəbər verir ki, bunu Rusiya Siyasi və Hərbi Analizlər İnstitutunun Hərbi Proqnozlar Mərkəzinin rəhbəri, professor Anatoli Tsiqanok deyib.
“Erməni hərbi qulluqçular bir il oxumaq əvəzinə cəmi üç ay oxuyurlar, bu səbəblə də hər şey belə alındı. Bütün problem odur ki, sərhəddə dayanmış “İsgəndər”ləri məcburi şəkildə öyrənmək lazımdır ki, onu necə tətbiq etmək lazımdır”, - deyə o qeyd edib.
Anatoli Tsiqanok Ermənistanın məğlubiyyətinin səbəbləri haqqında danışarkən bildirib ki, əsas günahkar Nikol Paşinyandır: “Əsas günahkar sizin Baş nazirinizdir, Paşinyan Nikoldur, sizin əsas probleminiz budur”.
Alpər Mövludoğlu
Ordu.az