ABŞ Müdafiə Nazirliyinin də təsdiq etdiyi hücumlar qərb mətbuatında “Bayden adminstrasiyasının ilk hərbi əməliyyatı” kimi təqdim edilib.
“The New York Times” nəşrinin yazdığına görə, hava hücumunda bir neçə nəfər ölüb. Amma məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
“Bloomberg” nəşrinin məlumatına görə, aviazərbələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarəsi ilə həyata keçirilib.
Qeyd edək ki, hücumların ötən həftə İraqda ABŞ ordusunun da yerləşdiyi bazalara həyata keçirilən hücumlara cavab olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az