ABŞ müttəfiqləri ilə birlikdə hipersəs sürətə malik raketlər inkişaf etdirmək istəyir

2021/02/b_161-1614331538.jpg
Oxunub: 743     16:00     26 Fevral 2021    
ABŞ müttəfiqləri ilə birlikdə hipersəs sürətə malik raketlər inkişaf etdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hipersəs raketlərlə bağlı işləri həyata keçirən rəsmisi Mayk Vayt məlumat verib.

O qeyd edib ki, müttəfiqlərlə birlikdə yalnız inkişaf yox, eləcə də raketlərin istehsalı planlaşdırılır.

Vayt istehsal ediləcək raketlərin digər texniki xüsusiyətləri və konkret hansı ölkələrin proqramda iştirak edəcəyi barədə məlumat verməyib.

Pentaqon rəsmisi bildirib ki, ABŞ-ın əsas rəqibləri hesab olunan Rusiya və Çin hipersəs raketlərlə bağlı ciddi irəliləyişlər əldə edib. Buna cavab olaraq ABŞ da öz raketlərinin istehsalını artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

ABŞ müttəfiqləri ilə birlikdə hipersəs sürətə malik raketlər inkişaf etdirmək istəyir

2021/02/b_161-1614331538.jpg
Oxunub: 744     16:00     26 Fevral 2021    