“Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar”.
Ordu.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Noyabr ayınının 10-da imzalanan bəyanatda bu göstərilib. Bəli bu bir qədər zaman tələb edəcək. Və birgə səylər tələb edəcək. Amma bu qaçılmazdır. O cümlədən, Xocalıya biz qayıdacayıq. Başqa yolu yoxdur. Və Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə ancaq, özün zərbə vurmuş olar”- Prezident vurğulayıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Qarabağ
Xocalı