Ordu.az xəbər verir ki, bunu fevralın 25-də İrəvanda, Bağramyan prospektində jurnalistlərə açıqlamasında Ermənistanın keçmiş polis rəisinin müavini Lyova Yeranosyan deyib.
O, əminliyini bildirib ki, Baş Qərargahın nümayəndələri birmənalı olaraq öz sözlərinin sahibi olacaqlar və sona qədər xalqın yanında dayanacaqlar.
Jurnalistin “Nikol Paşinyan məxmərin bitdiyini bildirir” sözlərinə cavab olaraq Yeranosyan deyib: “Mənim yanımda onun adını verməyin, mən belə bir insan tanımıram. Belə bir insanın sözü məndə söz deyil”.
Alpər Mövludoğlu
Ordu.az