ABŞ Hərbi Dəniz və Hava Qüvvələri uzun mənzilli raketlər sifariş verib

2021/02/16142-1614320802.jpg
Oxunub: 1068     16:40     26 Fevral 2021    
Pentaqon ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə uzun mənzilli AGM-158C raketləri tədarük etməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Gəmi əleyhinə raketlərin alınması üçün nəzərdə tutulan müqavilənin ümumi dəyəri 414 milyon dollardır.

Raketlər ABŞ ordusu tərəfindən istifadə edilən “Super Hornet” döyüş təyyarələri və B-1B “Lancer” strateji bombardmançılarında quraşdırılacaq. Sifariş edilən raketlərin sayı barədə məlumat verilməyib.

AGM-158C ABŞ Müdafiə Nazirliyi üçün “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilib. Raket 450 kq döyüş başlığı daşıyır və 930 km məsafəni qət edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HDQ  

ABŞ Hərbi Dəniz və Hava Qüvvələri uzun mənzilli raketlər sifariş verib

2021/02/16142-1614320802.jpg
Oxunub: 1069     16:40     26 Fevral 2021    