Ruslar müharibənin sirlərini sona qədər açacaqlar?

2019/09/20190-1568190932.jpg
Oxunub: 832     13:17     26 Fevral 2021    
Rusiyalı politoloq Vladimir Solovyov, rus hərbi ekspert və hərbi müxbir Aleksey Leonkov bildirib ki, müharibə zamanı Qarabağdan bomba, güllə, lazımi avadanlıq, yaylım atəşi sistemləri üzrə mütəxəssisləri xahiş olunurdu, ancaq Qarabağa heç bir şey çatmadı.

Ordu.az xəbər verir ki, Solovyov və Leonkov yeni məlumatlar yayıblar.

“Demişəm və deyirəm ki, Əliyev Paşinyanı mükəmməl məğlub etdi. Demişəm və deyirəm ki, sizin Paşinyan Ermənistan xalqı tərəfindən üzərinə qoyulan əsas vəzifələri yerinə yetirməyib. O, Qarabağı müdafiə etmədi”, - deyə rusiyalı politoloq Vladimir Solovyov müəllifi olduğu proqramında bildirib.

Solovyov qeyd edib ki, o, NATO qoşunlarına kəskin şəkildə qarşıdır.

“Bu, milli maraqlarımıza ziddir. Ancaq söhbət məsələyə Əliyevin nöqteyi-nəzərindən baxmaqdan gedir. Onun qarşısında tapşırıq qoyulub və o, bunu yerinə yetirib. Paşinyan qarşısında tapşırıq qoyulub və o, bunu yerinə yetirə bilməyib. Bacarıqsızlığı və səriştəsizliyi ilə Qarabağa xəyanət etdi. Bu mənim şəxsi fikrimdir”, - deyə Solovyov bildirib.

Rus hərbi ekspert və hərbi müxbir Aleksey Leonkov, Vladimir Solovyovla canlı yayımda, öz növbəsində, Qarabağda baş verənlərin Ermənistan rəhbərliyinin Qarabağa əhəmiyyətli kömək etməməsinin nəticəsi olduğunu bildirib.

“Sözlərlə hər şey, döyüş çağırışı, Dağlıq Qarabağı müdafiə çağırışı gözəl səslənirdi, lakin könüllülər hərbi komissarlıqlara gəldikdə onlara gözləmələrini söyləyirdilər. Qarabağdan bomba, güllə, lazımi avadanlıq, yaylım atəşi sistemləri üzrə mütəxəssisləri xahiş olunurdu, ancaq Qarabağa heç bir şey çatmadı”, - deyə o qeyd edib.

Leonkov həmçinin əlavə edib ki, qoşunların şimal müdafiə xətti Azərbaycanın hücumlarına müqavimət göstərirdi.

“Qoşunlar şimaldan geri çəkilmir, çünki oradan müdafiə xəttinin yarılması təhlükəsi olduğunu söyləyirlər. Bu zaman ikinci qrup Şuşaya daxil olur, Şuşaya nəzarəti ələ alınır, cənub cəbhəsinin əldən verildiyi və Şuşanın əslində müdafiəyə hazır olmadığı ortaya çıxır. Başqa sözlə, ermənilər yenə də mübarizəni davam etdirəcəkdilər, əgər Nikol Paşinyanın Qarabağı müdafiə edəcəyini söyləyərək, vəd etdiyi yardım gəlsəydi müqavimət göstərəcəkdilər. Ancaq burada da, artıq 2018-ci ildən bəri Ermənistanın kifayət qədər miqdarda silah və sursat aldığını, eyni zamanda, Türkiyə ilə bəzi sövdələşmələr aparıldığı, artıq bu informasiyalarla bağlı telegram kanallarında yayımlanan çox maraqlı faktlar üzə çıxır. Başqa sözlə, suriyalı silahlılara silahlar Türkiyə ərazisindən keçməklə Ermənistandan verilirdi. Bax belə maraqlı faktlar ifşa olunur. Başqa sözlə, burada pul qazanırdılar, ancaq bu sursatın lazım olduğu Dağlıq Qarabağa heç bir şey çatdırılmırdı”, - deyə hərbi ekspert bildirib.

Sonra Vladimir Solovyov sənədləri göstərir və deyir ki, Aleksey Leonkov yəqin ki, məhz həmin bu sövdələşmələrdən danışır. Leonkov, Solovyovun nöqteyi-nəzərini təsdiqləyir.

“Ermənistan Müdafiə Naziri David Tonoyan, silahdaşları, Müdafiə nazirinin müavini Makar Qambaryan, nazirin çoxdankı dostu, bəzi dairələrdə yaxşı tanınan, silah satıcısı David Qalstyan Suriyadakı silahlılar üçün Türkiyəyə silah satmaqla məşğul idi. Bu, ömürlük həbs cəzasının verilməli olduğu bir cinayətdir”, - deyə Solovyov bildirib.

Erməni mətbuatı yazır ki, bir müddətdir erməni mətbuatında müzakirə olunan “Patron Davo” vasitəsi ilə bağlanan şübhəli və qalmaqallı bir işdən bəhs edildiyi aydındır.

“Rusiya təbliğat maşınının mütəmadi olaraq Qarabağda müharibədə erməni tərəfinin məğlubiyyətinə və Paşinyanın addımlarının məntiqsizliyinə toxunacağı müharibə dövründə də bəlli idi.

Müharibə dövründə də Rusiyanın tanınmış siyasi və hərbi mütəxəssisləri cəbhədəki vəziyyəti təhlil edirdilər, Azərbaycanın irəliləməsinin və erməni tərəfinin məğlubiyyətinin səbəblərini təqdim edirdilər. Cəmiyyəti isə 44 gün ərzində ölkə daxilində saxta “qələbə” açıqlamaları və şüarları ilə bəsləyirdilər.

Bunlar, Ermənistanın strateji müttəfiqi olan Rusiya ekspertlərinin qiymətləndirmələridir ki, bu da öz növbəsində yeni suallar doğurur və Paşinyanın niyə erməni tərəfinin müqavimətini qarşısını aldığına dair şübhələri artırır.

Rusiya təbliğat maşınının sona qədər Ermənistan-Rusiya danışıqlarında digər mötərizələr açacağı da istisna edilmir. Bu baş verə bilər, çünki Paşinyan hökuməti özündən başqa hər kəsi müharibə nəticəsinə görə təslim sənədini imzalamaqda günahlandırmağa hazırdır.

Ruslar, Paşinyanın özünündə təsvir etdiyi kimi müharibə zamanı Qarabağa qarşı xəyanətkar mövqeyini partlatmağa davam edir və edəcəklər. Rusiyanın siyasi elitası indi Paşinyana qarşı bir qədər sədaqət nümayiş etdirsələr də, nə ermənilərə, nə də Ermənistanın strateji müttəfiqi Rusiyaya qarşı bu miqyaslı “xəyanəti” bağışlamayacaqları dəyişməz olaraq qalır”, - deyə mətbuat qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Ruslar müharibənin sirlərini sona qədər açacaqlar?

2019/09/20190-1568190932.jpg
Oxunub: 833     13:17     26 Fevral 2021    