Ermənistanda hərbi qüvvələr 10 noyabrdan sonra ölkədəki müxalifətin apardığı mübarizəyə rəğbət bəsləyib və gizli şəkildə dəstək veriblər. Xüsusilə Sünikdə baş verən hadisələrə paralel olaraq, ölkənin siyasi hakimiyyətinin dövləti səhv yolda aparmasına inamlarını daha da gücləndirib.
Hələ dekabr ayında Onik Qasparyan birbaşa Nikol Paşinyana qarşı çıxaraq ordunun daxili siyasi proseslərdə iştirak etməyəcəyini söyləmişdi. Üstəlik, yüksək rütbəli zabitlərdən ibarət böyük bir qrup daima küçə mübarizəsinin kəskinləşməsini gözləmiş və hər an bu mübarizəyə qoşulmağa hazır olub.
20 fevral tarixli mitinq, ötən gün Nikol Paşinyanın anti-Rusiya açıqlamaları bu qərarı daha da yetişdirib.
Baş Qərargah rəisinin müavini Tiran Xaçatryanın vəzifədən çıxarılması isə son damcı oldu, bundan sonra hərbçilər öz etirazlarını açıq şəkildə bildirməyə qərar veriblər.
Aqil Məmmədov
Ordu.az