İtaliya Misir Donanmasına “Bernees” döyüş gəmiləri tədarük edəcək

2021/02/c3160-1614234092.jpg
Oxunub: 873     16:20     02 Mart 2021    
İtaliyanın “Fincantieri” gəmiqayırma şirkəti Misir Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə FREMM layihəsi çərçivəsində istehsal olunan “Bernees” (FFG 1003) freqatlarının sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sınaqlardan sonra freqatlar Misir donanmasına təhvil veriləcək.

Misirə təhvil veriləcək gəmilər orijinal FREMM freqatları ilə müqayisədə daha az xüsusiyyətlərə malik olacaq. Belə ki, freqatların bəzi radioelektron və rabitə sistemləri olmayacaq.

“Bernees” gəmisinin hansı silahlara sahib olacağı barədə məlumat verilməyib.

FREMM freqatlarının Misirə tədarükü İtaliya ilə 1,2 milyard avro dəyərində imzalanan geniş müqavilənin tərkib hissəsidir. Müqavilə, həmçinin Misir Silahlı Qüvvələrinə “Eurofighter Typhoon” qırıcılarının, M-346 təlim təyyarələrinin və rabitə sistemlərinin tədarükünü nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İtaliya   Misir  

İtaliya Misir Donanmasına “Bernees” döyüş gəmiləri tədarük edəcək

2021/02/c3160-1614234092.jpg
Oxunub: 874     16:20     02 Mart 2021    