İndoneziya Cənubi Koreyanın KF-X təyyarə proqramında qalacaq

2021/02/20210-1614160754.jpg
Oxunub: 1047     16:52     26 Fevral 2021    
İndoneziya Fransadan “Rafale” və ABŞ-dan F-15Ex döyüş təyyarələrinin satın alınmasına baxmayaraq, Cənubi Koreyanın KF-X döyüş təyyarəsi proqramında qalacaq.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Proqramı İdarəsi (DAPA) məlumat yayıb.

Bildirilir ki, yeni təyyarələrin satın alınması iki ölkə arasındakı KF-X ortaq döyüş təyyarəsi layihəsindən fərqlidir.

Cakarta da Seul ilə layihə üzərində işləməkdə maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Cənubi Koreyanın beşinci nəsil döyüş təyyarələri istehsal etmək üçün başladılan KF-X layihəsinin xərclərinin (7.3 milyard dollar) 20%-ni İndoneziya xərcləməli idi. Cakarta indiyədək 203 milyon dollar sərmayə qoyub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İndoneziya   KF-X  

İndoneziya Cənubi Koreyanın KF-X təyyarə proqramında qalacaq

2021/02/20210-1614160754.jpg
Oxunub: 1048     16:52     26 Fevral 2021    