Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin səlahiyyətliləri məlumat verib.
Rusiya rəsmiləri əvvəllər Türkiyənin Su-35 döyüş təyyarələri ilə maraqlandığını xatırladıb.
Rusiyanın “Rosoboroneksport” silah tədarükü şirkəti beşinci nəsil Su-57 təyyarəsinin ölkənin strateji tərəfdaşlarına satıla biləcəyini bildirmişdi. Hazırda şirkətin bəzi ölkələrlə Su-35 döyüş təyyarələrinin tədarükü ilə bağlı danışıqlar apardığı qeyd olunur.
“Habertürk” kanalının jurnalisti Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara “Su-35 və Su-57 təchizatı nəzərdən keçirildimi?” sualını ünvanlayıb. Akar bir çox ehtimalın olduğunu və heç bir şeyin ayrı-ayrılıqda qiymətləndirilmədiyini və ümumi işlərin aparıldığını bildirib. O, Rusiya ilə diplomatik əlaqələrin davam etdirildiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az