Almaniya Əfqanıstandakı hərbi missiyasını 2022-ci ilə qədər uzadır

2021/02/48111-1613370211.jpg
Oxunub: 760     11:09     24 Fevral 2021    
Almaniya hökuməti ölkənin Əfqanıstandakı hərbi kontingentinin burada qalma müddətini 31 yanvar 2022-ci il tarixinədək uzatmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer məlumat verib.

Almaniyanın 1300 nəfərlik hərbi kontingentinin Əfqanıstanda qalma müddəti mart ayının sonunda başa çatır.

Yeni ABŞ hökuməti “Taliban” ilə xarici qüvvələrin 1 may tarixinə qədər geri çəkilməsini tələb edən 2020-ci il müqaviləsini nəzərdən keçirir.

Kramp-Karrenbauer bildirib ki, NATO əsgərlərinin vaxtından əvvəl geri çəkilməsi Əfqanıstan hökuməti ilə “Taliban” arasında sülh danışıqlarını poza bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Əfqanıstan   Taliban  

Almaniya Əfqanıstandakı hərbi missiyasını 2022-ci ilə qədər uzadır

2021/02/48111-1613370211.jpg
Oxunub: 763     11:09     24 Fevral 2021    