Paşinyan rus silah bazarını rüsvay edir: "Niyə atəş açmış "İsgəndər" partlamayıb və ya məsələn, 10 faiz partlayıb?" (ƏTRAFLI)

2018/09/1202703_1536729190.jpg
Oxunub: 3874     09:53     24 Fevral 2021    
"Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bizə qarşı sahib olduğu öhdəliklərlə bağlı keçmişdə müəyyən dərəcədə ictimai səviyyədə anlaşılmazlıq yaşamışıq".

Ordu.az xəbər verir ki, bunu "1in.am" nəşrinə verdiyi müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Bir çoxları deyir ki, niyə KTMT hərbi baxımdan Qarabağ müharibəsinə müdaxilə etməyib, cavab sadədir, çünki KTMT-nin öhdəlikləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən içəridə formalaşdırılıb, əslində bundan kənarda bənzər öhdəliklər formalaşdırılmayıb və əlbəttə, Ermənistan sərhədlərindən içəridə də təhlükəsizlik problemləri yaşamışıq və KTMT mexanizmləri müəyyən dərəcədə rol oynayıb və bunu etiraf etmək lazımdır", - deyə o vurğulayıb.

Nikol Paşinyan müsahibəsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bəyanatına da toxunub. Bu bəyanatda, Sarkisyan müharibənin 3-cü və ya 4-cü günü "İsgəndər"in (Operativ Taktiki Raket Kompleksi - red.) tətbiq olunmadığından təəccübləndiyini bildirirdi.

"Bu eyham bəlkə də mənə də ünvanlanıb, ancaq düşünürəm ki, rədd olunan insan bir çox sualların cavabını bilməlidir və suallar verməməlidir, o, bunların cavabını bilir. Bəlkə cavab versinlər ki, niyə atəş açmış "İsgəndər" partlamayıb və ya məsələn, 10 faiz partlayıb?", - deyə Paşinyan qeyd edib.

Jurnalistin "Belə də olur?" sualına Paşinyan cavab olaraq deyib: "Bilmirəm. Bəlkə də 80-ci illərin silahı idi?".

Paşinyan qeyd edib ki, həm Müdafiə Nazirliyində, həm də Baş Qərargahda analitik iş baş verir və ən müxtəlif hallarla bağlı 1000-dən artıq cinayət işi var.

"Bu o demək deyil ki, bütün bu 1000 iş məhkəməyə gedəcək və hökm olacaq. Lakin mən nəzərdə tuturam ki, bu, artıq baş verən araşdırma prosesidir. Məsələn, açıq-aşkar olan və nəzərdən keçirə biləcəyimiz faktlara baxın. Məsələn, 2019-cu ildə 2018-ci illə müqayisədə ilk dəfə hökumətimiz dövlət büdcəsini təqdim edib. Və Ermənistan Respublikasında təxminən 23 faiz, təxminən 50 milyard dram müdafiə, hərbi xərclər artıb. Bizim ilk fəaliyyətlərimizdən Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması olub", - deyə Ermənistan Baş naziri qeyd edib.

Paşinyan Ermənistan Müdafiə nazirinin müşavirinin korrupsiya ittihamı ilə həbs olunmasına toxunub və qeyd edib ki, bu münasibətlə hələ 2018-ci ildə cinayət işləri açılıb.

Onun sözlərinə görə, 2018-ci ildən bəri Ermənistan ordusunun korrupsiya mexanizmləri ilə bağlı onlarla cinayət işləri açılıb.

"Dediyim bir az gülünc görünə bilər, amma 2020-ci ilin sentyabrında, oktyabrında, noyabrında Ermənistanın rəhbəri olmamış istənilən şəxs həmin bu şeyi deyə bilər. Və heç kim əksini sübut edə bilməz. Sual verək. Tərcümeyi-halından, ad-soyadından asılı olmayaraq istənilən şəxs deyə bilər ki, mən olsaydım, Azərbaycan hücum etməyə cəsarət etməzdi. Biz məğlub olmayacaqdıq. Və sair və sair. Lakin biz həm də məğlubiyyətin dərin mənşəyini dərindən başa düşməliyik. Çox yaxşı, bu, iki il və ya iki ay ərzində yaranmış məğlubiyyətdirsə, gəlin bunu qeyd edək və sübut edək", - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsgəndər   Paşinyan  

Paşinyan rus silah bazarını rüsvay edir: "Niyə atəş açmış "İsgəndər" partlamayıb və ya məsələn, 10 faiz partlayıb?" (ƏTRAFLI)

2018/09/1202703_1536729190.jpg
Oxunub: 3877     09:53     24 Fevral 2021    