ABŞ Prezidenti İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib

2021/01/AP_21-1611382686.jpg
Oxunub: 432     09:15     24 Fevral 2021    
ABŞ Prezidenti Co Bayden və İraqın Baş naziri Mustafa əl-Kazımi arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər beynəlxalq koalisiya qüvvələrinin İraq ərazisində raket hücumlarına məruz qalmasını müzakirə ediblər.

"ABŞ Prezidenti İraqın suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təsdiqlədi. Tərəflər İraq rəsmilərinə və koalisiya nümayəndələrinə qarşı son raket hücumlarını müzakirə edərək, bu hücumları təşkil edənlərin məsuliyyətə cəlb edilməli olduqlarını barədə razılaşdılar. Prezident və baş nazir əsas sahələrdə strateji dialoqun təşviqinin və əməkdaşlığın artırılmasının vacibliyini vurğuladılar", - deyə açıqlamada qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İraq  

ABŞ Prezidenti İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib

2021/01/AP_21-1611382686.jpg
Oxunub: 433     09:15     24 Fevral 2021    