Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.
Bu barədə
Ordu.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
İndiyə qədər ilkin siyahı üzrə - 5 914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb.
Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Qarabağ