Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi dəfn edilib

2021/02/4666-1614079443.jpg
Oxunub: 2314     15:21     23 Fevral 2021    
Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Ordu.az-ın məlumatına görə, Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.

Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub.

Allah rəhmət eləsin!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi   şəhid  

Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi dəfn edilib

2021/02/4666-1614079443.jpg
Oxunub: 2315     15:21     23 Fevral 2021    