Ermənistan Türkiyə-Azərbaycan əməkdaşlığının qarşısında durmağa hazırdırmı?

2020/11/473d6-1606199916.jpg
Oxunub: 2975     16:50     23 Fevral 2021    
“Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız, türk dünyasının müdafiədən diplomatiyaya, səhiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həmrəylik və bərabərliyinin vacibliyini göstərdi”.

Bunu fevralın 19-da Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumu iştirakçılarına müraciətində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Forumda iştirak ediblər.

Türkiyənin “Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Prezidenti Azərbaycan xalqını 44 günlük müharibədə tarixi zəfər münasibətilə təbrik edib.

“Son inkişaflar bir daha göstərdi ki, hamımız ortaq bir inanc, eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı əməkdaşlığı daha da artırmaq olmalıdır. “Türk Dünyası Meteorologiya Birliyi”nin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm”, - deyə Ərdoğan bildirib.

Türkiyə Parlamentinin sədri Mustafa Şəntop da Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyə-Azərbaycan münasibətlərinə toxunan Şəntop yaxınlığı və səmimiyyəti ilə dünyada misilsiz olduğunu söyləyib. Ənənəvi “bir millət, iki dövlət” şüarını yenidən səsləndirən Türkiyə Parlamentinin sədri Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi nəticənin türk xalqı tərəfindən böyük coşqu ilə qarşılandığını qeyd edib. Onun sözlərinə görə, 2020-ci il 28 sentyabrda Azərbaycana dəstək olaraq Türkiyə Parlamentindəki dörd partiyanın yaydığı “Ermənistanın hücumlarının qınanması haqqında” ortaq bəyannamə və 10 dekabrda Bakıda keçirilən hərbi paradda türk hərbçilərinin iştirakı Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Şəntopun sözlərinə görə, Türkiyənin Cənubi Qafqaz üçün baxışları bölgənin öhdəliyinə əsaslanan sabitlik, ortaq təhlükəsizlik və əməkdaşlıq qurulmasından ibarətdir. Onun sözlərinə görə, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin çoxtərəfli regional əməkdaşlıq platforması yaradılması təklifini dəstəkləyir. Ermənistana qarşı niyyətini dilə gətirməkdən çəkinməyən Şəntop Türkiyənin bu dəfə Ermənistanın doğru addım ataraq sülh prosesinin bir hissəsi olacağını gözlədiyini bildirib.

“Dürüst və səmimi münasibətdə Ermənistanın atacağı müsbət addımlara eyni anlayışla cavab verəcəyimizə heç kim şübhə etməməlidir”, - deyə Şəntop bildirib.

Digər bir Türkiyə rəsmisi, İqtisadi Əlaqələr Komitəsinin sədri Nail Oktay, bu hədəfə çatmaq üçün strateji addımlar atdıqlarını vurğulamaqla “bir millət, bir iqtisadiyyat” ifadəsini istifadə edib. Türkiyə İqtisadi Münasibətlər Komissiyası tərəfindən təşkil edilən Türkiyə-Azərbaycan İşgüzar Forumunda Türkiyənin vitse-prezidenti Fuat Oktay, Azərbaycan Baş nazir Əli Əsədov, Ticarət Naziri Ruhsar Pekcan, İqtisadiyyat Naziri Mikayıl Cabarov və iki ölkənin iş adamları iştirak edib.

Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Səlcuq Akat, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayaraq, koronavirus epidemiyasına baxmayaraq, ticarətin liberallaşdırılması razılaşması sayəsində iki ölkə arasında ticarətin 30% artdığını qeyd edib. Türk rəsmisi Azərbaycanı Qarabağdakı zəfəri münasibətilə təbrik etməklə, bu yeni dövrdə Qarabağ bölgəsinin iqtisadi siyasətlərinin prioritetlərindən biri olacağını bildirib. İnvestorları Qarabağa yönəltmək üçün hər şeyi edəcəklər. Akat, Qarabağın onlar üçün sadəcə bir iş planı deyil, bir vəzifə olduğunu vurğulayıb.

Erməni mətbuatı da bu görüşləri diqqətlə izləyir.

“Ermənistan istiqamətində onsuz da “qamçı və çörək” siyasətini davam etdirən Türkiyə hakimiyyəti, Ermənistanla sülh yolu ilə münasibət qurmağa hazırdırmı? Türkiyə hakimiyyət orqanlarının Azərbaycana dəstək verəcəyinə and içdiyini söylədiklərini oxusa, hansı məntiqə sahib olan şəxsin beynində belə bir əminlik yarana bilər.

Paşinyan və onun tərəfdarları komandası Türkiyənin Azərbaycanı silahlandırmağa davam etdiyini biləndə nə düşündükləri maraqlıdır. Bu da Ermənistanla sülh münasibətləri çərçivəsində edilir?”, - deyə erməni mətbuatında dərc olunan məqalədə qeyd olunub.

Azərbaycanın Baş naziri Əli Əsədovun 19 fevral tarixində Türkiyəyə səfəri çərçivəsində Türkiyə ilə Azərbaycan arasında hərbi-sənaye əməkdaşlığı da daxil olmaqla ondan artıq müqavilə imzalanıb. Razılaşmalardan biri də Azərbaycan Hərbi Hava Qüvvələrinə Türkiyə istehsalı olan SOM qanadlı raketlərinin tədarükü ilə əlaqədardır.

Məlumdur ki, 2018-ci il iyun ayında Bakıda keçirilən hərbi parada hazırlıq məşqlərindən birində Türkiyə istehsalı olan SOM qanadlı raketlərini görmək mümkün olub. Bundan əlavə, 2019-cu ilin yanvar ayında Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenant hərbi rütbəli hərbçilərindən biri bu raketlərdən aldıqlarını açıqlayıb. SOM raketi, Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən verilən patentə əsasən, Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal olunur. Türkiyə raketləri SOM-A, SOM-B1 qəlpəli fuqas və SOM-B tandem zirehli başlıqlarla olmaqla 3 versiyada istehsal edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan Türkiyə-Azərbaycan əməkdaşlığının qarşısında durmağa hazırdırmı?

2020/11/473d6-1606199916.jpg
Oxunub: 2978     16:50     23 Fevral 2021    