Ermənilər Lavrovun açıqlamasını məyusluqla qarşılayıb

2021/02/timth-1614076854.jpg
Oxunub: 4294     17:24     23 Fevral 2021    
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Türkiyənin “Böyük Turan” yaratmaq niyyətində olduğu fikrini bölüşmür.

“Tarixi mənada Böyük Turandan fövqəlmilli bir subyekt kimi danışsaq, Türkiyənin belə bir hədəf güdmədiyini düşünürəm. Müstəqil dövlətlərə çevrilən keçmiş Sovet dövlətlərinin bu fikri reallıqda necə dəstəkləyə biləcəyini həqiqətən təsəvvür etmirəm”, - deyə Lavrov bildirib.

Lavrov Türkiyə ilə bir sıra Orta Asiya ölkələri arasındakı əlaqəni də şərh edib.

“Bir neçə respublikalarımız təmaslarda maraqlıdır. Burada xüsusi layihələri təbliğ edirlər. Türk mədəniyyətinin beynəlxalq bir təşkilatı olan TÜRKSOY mövcuddur. Türk Dilli Dövlətlərin Parlament Assambleyası kimi bir qurum da var. Hamısı da uzun müddətdir fəaliyyət göstərir. Bu qurumların öz planları var, tədbirlər keçirirlər”, - deyə Lavrov bildirib.

Lavrovun sözlərinə görə, bu, mədəniyyət, dil və təhsil ənənələri ilə baş verir.

Xatırladaq ki, bu, Türkiyənin dövlət kanalı “TRT1”in Ankaranın təsir dairəsinin 2050-ci ilə qədər genişlənəcəyini proqnozlaşdıran bir xəritə yayımladıqdan sonra belə bir açıqlama verilmişdi. Həmin məlumata görə, ölkənin nüfuzu, o cümlədən Rusiyanın cənub qismi olan Krımda, Şimali Qafqaz respublikalarında, Krasnodar və Stavropol vilayətlərində, Kalmıkiya, Rostov və Həştərxanda genişlənəcək.

Erməni mətbuatı isə Lavrovun açıqlamasını məyusluqla qarşılayıb.

“Lavrovun qiymətləndirməsi, yumşaq desək, Türkiyə rəsmilərinin dediklərinə, keçmiş Sovet İttifaqı ölkələrini əslində necə “işğal etdiklərinə” baxanda təəccüb doğurur.

Türk işğal siyasətini görməmək, gördüklərinizi görmək istəməmək və ya gördüklərini başqa cür yozmağa çalışmaq deməkdir. Niyə, artıq bu məsələnin digər tərəfidir.

Kremlin Türkiyə siyasətinə açıq şəkildə qarşı çıxmamağa qərar verməsi, artıq başqa bir məsələdir. Ancaq, bu Türkiyənin Turan xəyallarını reallaşdırmaq yolunda olmadığı anlamını daşımır. Əksinə, bu siyasət günün günorta çağında açıq şəkildə, necə deyərlər, əlavə təhlükələr olmadan həyata keçirilir”, - deyə erməni mətbuatında dərc olunan məqalələrin birində deyilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənilər Lavrovun açıqlamasını məyusluqla qarşılayıb

2021/02/timth-1614076854.jpg
Oxunub: 4295     17:24     23 Fevral 2021    