“Lragir”: Rusiyanın Ermənistandan geri çəkilməsi prosesi başladı

2021/02/54897-1614076648.jpg
Oxunub: 3518     15:40     23 Fevral 2021    
Ermənistanın Müdafiə naziri Vaqarşak Harutyunyan “RİA Novosti”yə müsahibə verib və Gümrü hərbi bazasının bir hissəsinin ölkənin şərqində yerləşdirilməsindən bəhs edib. Hərbi baza ilə bağlı sualı cavablandıran Varnazoviç qeyd edib ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsi həmişə gündəmdə olub, ən azından bütün hərbi bazanın Ermənistan və Rusiya Silahlı Qüvvələrini ortaq hərbi birləşmə tərkibinə daxil olması ilə sadə bir səbəbdən erməni tərəfi həmişə bunun marağında olub.

“Rusiya Silahlı Qüvvələrinin respublika ərazisində əlavə hərbi birləşməsinin yerləşdirilməsinə gəldikdə, düşünürəm ki, buna bir o qədər də zərurət yoxdur, bundan əlavə dövlətlərimiz arasında indiki mövcud olan normativ hüquqi baza yalnız bir rus hərbi bazasının statusunu müəyyənləşdirir və fəaliyyətini tənzimləyir. Bəlkə də, Ermənistanın şərq istiqamətində Rusiya hərbi bazasından hərbi birləşmənin yerləşdirilməsinin mümkünlüyündən danışmaq daha düzgündür, bu kontekstdə müvafiq ortaq iş aparılır”, - deyə erməni nazir bildirib.

“Lragir” nəşri yazır ki, yeni reallıqlar nəzərə alınmaqla Vağarşak Varnazoviçin açıqlamaların şərh etməyə ehtiyac var.

“Əslində 2016-cı ildən bəri, Ermənistan-Rusiya ikitərəfli, eləcə də KTMT xətti üzrə müdafiə sahəsindəki razılaşmaları fəaliyyət göstərmir. Rusiya və KTMT İkinci Qarabağ müharibəsi zamanı Ermənistan qarşısında öhdəliklərindən imtina etdilər. Müharibə və müharibədən sonrakı Rusiya-Türkiyə planlaşdırması Şuşa-Laçın xəttindən keçən yeni bir təmas xəttini müəyyən edir. Gümrüdəki bazaya gəlincə, rus hərbi mütəxəssislərinin qiymətləndirmələrində belə bir nəticəyə gəlinir ki, bu baza “metal qırıntıları” olmaqla yanaşı, yeni Rusiya-Türkiyə anlaşmaları fonunda əlavə baş ağrısına çevrilir. Məsələ burasındadır ki, baş verə biləcək bir türk təxribatı şəraitində, bu addım Rusiyaya qarşı da bir təxribat kimi nəzərdən keçə bilər və Moskvanın heç bir halda Türkiyə ilə hərbi qarşıdurmaya girməyəcəyini bəyan etdiyini rəhbər tutaraq, hərbi ekspertlər Kremlin mövqeyini belə izah edirlər.

Siyasi şərhçi Pavel Dəlləkyan, Türkiyənin mümkün hərbi-siyasi müdaxiləsi ehtimalına münasibət bildirib. Hadisələrin bu cür inkişafı fonunda Gümrü bazasının bir hissəsinin ölkənin şərqində yerləşdirilməsi Rusiyanın Ermənistandan geri çəkilməsinin başlanğıcıdır. Əslində Ermənistanın şərqi (qondarma – red.), onsuz da rus ordusunun yer aldığı Qarabağdır, ola bilər ki, geri çəkilmə prosesi bu şəkildə qələmə verilir. Kreml üçün fikir formalaşdırmaqla məşğul olan ekspertlər “hərbi-siyasi məsuliyyət” zonasının Qarabağda olduğunu gizlətmirlər.

Yaxın gələcəkdə çətin aylar gözlənilir, Ermənistanın keçmiş təhlükəsizlik sistemi artıq işləmir. NATO ilə əlavə zəmanətlərlə əməkdaşlıq etmə imkanı da daxil olmaqla, hələ də mümkün olan yeni bir siyasət hazırlamaq lazımdır”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

“Lragir”: Rusiyanın Ermənistandan geri çəkilməsi prosesi başladı

2021/02/54897-1614076648.jpg
Oxunub: 3521     15:40     23 Fevral 2021    