Ordu.az xəbər verir ki, bunu erməni hərbi xadim, general Arşavir Qaramyan özünün feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonrakı böhran ölkə iqtisadiyyatının çökməsinə, cəmiyyətin milli, sosial, ideoloji və siyasi cəhətdən dərin parçalanmasına və nəticə olaraq dözülməz nifrət atmosferinin formalaşmasına gətirib çıxarıb.
“Gördüyümüz kimi, Ermənistanda vətəndaş müharibəsini təhrik etmək üçün bütün ilkin şərtlər yaranıb, üstəlik deyərəm ki, o, çoxdan başlamışdı və “hibrid” mərhələsindədir”, - deyə Arşavir Qaramyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az