Ordu.az xəbər verir ki, bu barədə Alyansın saytında qeyd olunub.
“Dynamic Manta 2021” adlanan təlimlər martın 5-dək davam edəcək.
NATO Sualtı Komandanlığının nəzarəti altında keçirilən təlimlərə Yunanıstan, İtaliya, Türkiyə və ABŞ donanmalarının sualtı qayıqları, Fransa, Yunanıstan, İtaliya, İspaniya və Türkiyədən gəmilər qoşulacaq.
Təlimin məqsədi iştirakçılara qarşılıqlı fəaliyyətini, gəmi və sualtı qayıq əleyhinə müharibə bacarıqlarını artırmaq üçün kompleks və çətin döyüş təlimi verməkdir.
Təlimdə Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Türkiyə və ABŞ olmaqla səkkiz NATO müttəfiqi iştirak edir.
Sevinc Əliyeva
Ordu.az