Macarıstan şirkətləri azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

2021/02/3e315-1614075902.jpg
Oxunub: 588     14:01     23 Fevral 2021    
"Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitərəfli iqtisadi əlaqələr ildən-ilə inkişaf etməklə, ticarət dövriyyəsində, o cümlədən idxal və ixracda ardıcıl artımlar özünü göstərib. Qarşılıqlı maraq və səylər nəticəsində bu əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını gözləmək olar".

Ordu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə vurğulayıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazilərimizi Ermənistanın işğalından azad etdiyini bildirən S.Babayev işğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işlərinə başlandığını bildirib.

O, macar şirkətlərinin də işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşmasının məmnunluq doğurduğunu deyib.

Nazir Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto ilə ötən ay keçirdiyi görüşü xatırladıb. Həmin görüşdə bu məsələnin də müzakirə edildiyini diqqətə çatdırıb. Alınmış məlumatlara əsasən, həmin şirkətlərə “EXIM Bank”dan artıq 100 milyon dollarlıq kredit xətti də açıldığını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Macarıstan  

Macarıstan şirkətləri azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

2021/02/3e315-1614075902.jpg
Oxunub: 589     14:01     23 Fevral 2021    