Bunu Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan “RİA Novosti” nəşrinə verdiyi müsahibəsi zamanı bildirib.
“Lragir.am” nəşri yazır ki, Rusiya bundan sonra təkcə Türkiyə və İranla sərhədi yox, həmçinin Azərbaycanla sərhədi (bu, MDB-nin xarici sərhədi deyil, Azərbaycan MDB-nin üzvüdür) “qoruyursa”, məgər bu o deməkdir ki, Ermənistan öz sərhədlərinin bütün nəzarətini Rusiyaya ötürür?
“Və məgər bu o deməkdir ki, Azərbaycan sərhədləri artıq MDB sərhədləri hesab olunmur və Azərbaycan artıq Türkiyə hesab olunur? Ermənistan Müdafiə nazirinin açıqlaması (baxmayaraq ki, Ermənistan Müdafiə naziri xarakterinə görə bu cür açıqlama verə bilməz) hansı sənədlərə və müqavilələrə əsaslanıb? Ölkənin bütün sərhədlərini Rusiyanın Sərhəd Qoşunları müdafiə edəcəksə, Ermənistan Müdafiə Nazirliyi hansı sərhədləri qoruyacaq”, - deyə nəşr qeyd edir.
Alpər Mövludoğlu
Ordu.az