Qarabağdakı erməni ordusunun zabitinin ölməsi barədə maraqlı detallar məlum olub

2021/02/1122-1614075539.jpg
Oxunub: 1162     15:00     23 Fevral 2021    
Oktyabrın 4-də 400 polis Ermənistanın müxtəlif vilayətlərindən Şuşaya gətirilmişdi, oradan polislər ön xəttə getməli idilər. Bir hissəsi onları Şuşaya niyə gətirdiklərini yalnız yerində öyrənib və getməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qarabağdakı erməni ordusunun zabiti, polkovnik Artur Sarkisyanın oğlu erməni hərbçi Aram Sarkisyan nəşr ilə əlaqə saxlayıb.

Erməni polkovnik Sarkisyan hərbi əməliyyatlar zamanı ölüb. Bu günə qədər xəbərlər yayılır ki, erməni polkovnik Artur Sarkisyan polisləri mədəniyyət evinə daxil olmağa, o taleyüklü məclisdə iştirak etməyə məcbur edib.

Onu polislərin ölümündə ittiham edirlər, ən azından ölənlərin yaxınları belə düşünürlər.

Erməni polkovnikin oğlu Aram Sarkisyan bu məlumatları təkzib edir. O bildirib ki, atası oktyabrın 4-də Şuşa Mədəniyyət Evində olub, lakin toplanışın təşəbbüskarı olmayıb.

“Atambu məclisə başçılıq edib, məhz həmin o səhnədə olub, ora rəqib zərbəsi vurulub və bu zərbə nəticəsində o, ciddi bədən xəsarətləri alıb”, - deyə Aram Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Qarabağdakı erməni ordusunun zabitinin ölməsi barədə maraqlı detallar məlum olub

2021/02/1122-1614075539.jpg
Oxunub: 1165     15:00     23 Fevral 2021    