Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Müqaviləyə əsasən, Yaponiya Müdafiə Nazirliyinə məxsus müəssisələrdə istehsal ediləcək hipersəs raketlər üçün bəzi texnoloji məhsullar “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən qarşılanacaq.
Hipersəs sürətə malik raketlərin 2026-cı ildən etibarən Yaponiya Özünümüdafiə Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır. Fərqli və təkmilləşdirilmiş versiyanın 2030-cu illərin əvvəllərində təqdim edilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az