Ordu.az xəbər verir ki, bu barədə “Hindustan times” nəşri məlumat yayıb.
Bildirilir ki, şirkətlər birlikdə 5 hərbi gəmi inşa edəcək. Layihənin ümumi dəyəri 1.5-2 milyard dollardır.
Müqaviləyə əsasən, gəmilərin inşası üçün lazım olan texnologiya Anadolu gəmiqayırma zavodundan Hindistana transfer olunacaq.
Gəmilərdən birincisinin dörd ildən sonra müştəriyə çatıdırılması nəzərdə tutulub. Gəmilərin uzunluğu 230 metr və həcmi 45.000 ton olacaq.
Sevinc Əliyeva
Ordu.az