Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hindistan Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun olaraq hazırlanan raketlər yaxın məsafələrdə dəniz və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Raketlərin Hindistan donanmasına məxsus gəmilərdə yerləşdirilməsi planlaşdırılır.
Odişa sahillərində keçirilən sınaq zamanı iki raket atılıb və sınaqlar uğurla tamamlanıb.
Sevinc Əliyeva
Ordu.az