Sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan 3 nəfəri yaralanıb, 1 nəfər zabitimiz, mayor Asiman Əliyev şəhid olub.
Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.
General bildirib ki, liseyin məzunlarından 18 nəfəri "Vətən Müharibəsi Qəhrəmanı" adı, 100-lərlə məzun olan zabitlər isə orden və medallarla təltif olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Qarabağ