2021-ci il fevralın 22-də Ermənistanın “Ərik Ölkəsi” partiyasının rəhbəri, erməni vəkil Zaruhi Postancyan Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Tian Erlun, Böpyük Britaniya və Şimali İrlandiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Cudit Marqaret Farnuort, Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot, Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi və Ermənistan Xarici İşlər naziri Ara Ayvazyana müraciət edərək onlara suallar ünvanlayıb.
“2020-ci il oktyabrın 20-də BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Qarabağla bağlı müəyyən sənədin qəbul olunması münasibətilə hansı məzmunlu mətn layihəsi təqdim olunmuş olub, lakin bu qəbul olunmayıb? Əgər mümkündürsə, xahiş edirəm, müvafiq sənədin surətini də verin”, - deyə Postancyan bildirib.
O sual verib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkədən konkret olaraq hansı üzv bu sənədin qəbul olunmasını uğursuz edib?
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran