Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan deyib.
O qeyd edib ki, rəsmi İrəvan Azərbaycan-Naxçıvan quru dəmir yolu əlaqəsinin təsdiq olunmasından de-fakto olaraq hər hansı hüquqi divident almayaraq bu sektorla yükdaşımaların təhlükəsizliyini təmin etmək öhdəliyini üzərinə götürüb.
Davtyan sözlərinə görə, İlham Əliyevin bəyanatı göstərib ki, Ermənistanın nəqliyyat inteqrasiyası məsələləri baş verən proseslərin gündəminə daxil olmur.
Alpər Mövludoğlu
Ordu.az