Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan özünün “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, ölmüş zabitlərin və müqaviləlilərin həyat yoldaşları 2-3 azyaşlı uşaqları ilə aylarla dövlətdən onlara çatmalı olan məbləğləri gözləyirlər və almırlar.
“Orduya çağrılmış, aylarla cəbhədə olmuş ehtiyatda olanlar indi onlara çatmalı olan təzminatları ala bilmirlər.
Bəziləri hətta döyüşdüklərini sübut edə bilmirlər, çünki müdafiəsizlik nazirliyinin içalatlarında siyahıları, hərbi biletləri itiriblər”, - deyə ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az