Erməni ictimai xadim: “BƏƏ-yə gedəcək silahı Ermənistanda saxlamışıq ki, xalqa atəş açaq”

2021/02/1-1613990685.jpg
Oxunub: 567     13:15     23 Fevral 2021    
Ermənistan parlamentinin deputatı Andranik Köçəryan dünən erməni müxalifətini təhdid edib.

O, müxalifətçilər əgər şiddətə yol versə, təhlükəsizlik qüvvələrinin onlara atəş aça biləcəyini deyib.

“Hamı başa düşməlidir ki, təhlükəsizlik sistemi ilə zarafat etmirlər, indi ölkəmiz öz vətəndaşını və dövlətimizi müdafiə edə bilməyəcəyi vəziyyətdə deyil”, - Andanik Köçəryan deyib.

Erməni ictimai xadim Eduard Saribekyan özünün “Facebook” səhifəsində yazıb ki, indi silahların niyə BƏƏ-yə getmədiyi məlum olub.

“İndi silah sərgisinə niyə bukletlə getdiyimizi bilin. Bilin, silahı Ermənistanda saxlamışıq ki, xalqa atəş açaq. “İsgəndər” də Şuşaya atəş açmaq üçündür”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni ictimai xadim: “BƏƏ-yə gedəcək silahı Ermənistanda saxlamışıq ki, xalqa atəş açaq”

2021/02/1-1613990685.jpg
Oxunub: 568     13:15     23 Fevral 2021    