O, müxalifətçilər əgər şiddətə yol versə, təhlükəsizlik qüvvələrinin onlara atəş aça biləcəyini deyib.
“Hamı başa düşməlidir ki, təhlükəsizlik sistemi ilə zarafat etmirlər, indi ölkəmiz öz vətəndaşını və dövlətimizi müdafiə edə bilməyəcəyi vəziyyətdə deyil”, - Andanik Köçəryan deyib.
Erməni ictimai xadim Eduard Saribekyan özünün “Facebook” səhifəsində yazıb ki, indi silahların niyə BƏƏ-yə getmədiyi məlum olub.
“İndi silah sərgisinə niyə bukletlə getdiyimizi bilin. Bilin, silahı Ermənistanda saxlamışıq ki, xalqa atəş açaq. “İsgəndər” də Şuşaya atəş açmaq üçündür”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az