Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokrat” partiyasının sədri Aram Sarkisyan deyib.
O qeyd edib ki, münasibətlərə yeni keyfiyyət vermək üçün dərhal hazırkı hakimiyyətdən qurtulmaq lazımdır.
“Erməni-rus münasibətləri təhlükəsizlik zonasında olduğumuz müttəfiq ölkəmiz kimi vacib və məcburi olmalıdır. Biz bu səriştəsiz hakimiyyətdən sadəcə imtina etməliyik ki, yeni keyfiyyət münasibətlər qura bilək”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az