Daşnaksütun təşkilatı Paşinyanı təhdid edib: “Bütün Ermənistanı götürəcəyik, iflic edəcəyik”

2019/10/2-642-1572246066.jpg
Oxunub: 788     11:32     23 Fevral 2021    
Fevralın 22-də Daşnaksütun təşkilatının ali orqanının nümayəndəsi İşxan Sağatelyan Ermənistanın “Vətənin xilası hərəkatı”nın yürüşünü yekunlaşdıraraq qarşıdakı planları açıqlayıb.

Ordu.az xəbər verir ki, Sağatelyan Paşinyanı təhdid edib.

İşxan Sağatelyan deyib ki, onlar möhkəmdirlər, güclüdürlər.

“Bizim qarşımızda hər hansı bağlı meydan yoxdur və ola bilməz. Növbə ilə meydan-meydan, küçə-küçə, bütün Kentron icmasını, daha sonra bütün paytaxtı, sonra bütün Ermənistanı götürəcəyik, iflic edəcəyik və birlikdə bu pislik hökuməti uzaqlaşdıracağıq. Əziz vətəndaşlar, bilirəm, xəbərdaram, daim çağırış edirsiniz ki, bu binanı zəbt edək, bu qurumu zəbt edək. Sizi əmin edirəm ki, bu yürüşlərimizlə, addımlarımızla, bu nəhəng etiraz aksiyaları ilə bütün ictimai həyatı pozacağıq və hakimiyyət dəyişikliyinə nail olacağıq, çünki başqa variant yoxdur”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Daşnaksütun təşkilatı Paşinyanı təhdid edib: “Bütün Ermənistanı götürəcəyik, iflic edəcəyik”

2019/10/2-642-1572246066.jpg
Oxunub: 789     11:32     23 Fevral 2021    