Ermənistan müxalifətindən prezidentə 2 tələb: Paşinyanın qərarları təsdiqləməməlidir

2021/02/61616-1614064240.jpg
Oxunub: 984     11:10     23 Fevral 2021    
Fevralın 22-də Ermənistan müxalifətinin formalaşdırdığı “Vətənin xilası hərəkatı” İrəvanda Komitas prospektindən Fransa meydanına qədər yürüş təşkil edib.

Ordu.az xəbər verir ki, yürüş zamanı müxalifət nümayəndələri Ermənistan prezidentinə iki tələb səsləndirib.

Yürüş iştirakçıları prezident binasına çatdıqda Daşnaksütun təşkilatının üzvü Qeğam Manukyan Ermənistan prezidentinə müraciət edərək bildirib ki, Armen Sarkisyan onların tələbinə qoşulubsa və Baş nazirin istefasını istəyirsə, bu gündən Baş nazir stulunu tutan şəxs tərəfindən göndərilmiş hər hansı sənədi təsdiqləməməlidir.

İkinci tələb aşağıdakıdır: “İnsanların hüququnu müdafiə etmək, qanunu müdafiə etmək, Baş nazirin istefasından sonra müvəqqəti hökumət yaratmaq üçün dərhal fəaliyyətlərə əl atmalıdır. Armen Sarkisyan üçün, Bağramyan 26 üçün zaman qısadır, çünki o, bu gün ayaqaltı edilən konstitusiyanın qarantıdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan müxalifətindən prezidentə 2 tələb: Paşinyanın qərarları təsdiqləməməlidir

2021/02/61616-1614064240.jpg
Oxunub: 985     11:10     23 Fevral 2021    