Xocalı ilə bağlı norveçli siyasətçilərə müraciət edilib

2021/02/16140-1614063144.jpg
Oxunub: 541     10:51     23 Fevral 2021    
Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində Norveçdə fəaliyyət göstərən CAN diaspor təşkilatı, fəaliyyət göstərdiyi ölkənin xarici işlər nazirliyinə, parlamentdə təmsil olunan siyasi partiya rəhbərlərinə və bu ölkələrdə fəaliyyət göstərən KİV-lərə, rəsmi müraciət ünvanlayıb.

Ordu.az xəbər verir ki, məktubda Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı geniş məlumat verilib. Bildirilir ki, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərini bir gecədə darmadağın edib.

Bu şəhərdə yaşayan insanların azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla qətliama məruz qoyulduğu qeyd edilən məktubda nəticədə qadın, yaşlı və uşaqlar da daxil olmaqla 613 nəfərin amansızlıqla öldürüldüyü deyilir.

Məktubda deyilir: “Biz diaspor fəalları bir neçə dəfə bu hadisələrin canlı şahidləri ilə görüşmüşük və bu insanlar illərin keçməsinə baxmayaraq, hələ də o qanlı gecə aldıqları güclü psixoloji təsirləri ilə yaşayırlar”. Diqqətə çatdırılıb ki, yalnız baş verənlərin tanınması ilə insanlıq bu köhnə yaraları sağalda bilər və gələcəkdə bu regionda dinc yaşayışın və əmin-amanlığın təminatçısı ola bilər.

Məktubda Norveç səlahiyyətlilərinə və siyasətçilərinə baş verən qanlı faciənin tanıması üçün təşəbbüs göstərmələri çağırışı edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı  

Xocalı ilə bağlı norveçli siyasətçilərə müraciət edilib

2021/02/16140-1614063144.jpg
Oxunub: 542     10:51     23 Fevral 2021    