Gürcüstan Su-25 təyyarələrinin istehsalını bərpa edir

2021/02/16139-1614061216.jpg
Oxunub: 774     12:51     23 Fevral 2021    
Gürcüstan SSRİ-nin dağılmasından sonra bağlanan Tiflis təyyarə zavodunu bərpa edib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə naziri vəzifəsinə namizəd Cuanşer Burculadze parlamentdəki çıxışı zamanı məlumat verib.

O bildirib ki, bərpa olunan ilk Su-25 hücum təyyarəsi martın ortalarında havaya qalxacaq. Burculzadze zavodun hər ay bir təyyarənin bərpa edilməsini planlaşdırdığını qeyd edib.

Qeyd edək ki, söhbət tam istehsaldan yox, SSRİ dövründə istehsal olunan hücum təyyarələrinin yenidən qurulması və bərpa edilməsindən gedir.

Xatırladaq ki, keçən il Gürcüstanın Müdafiə naziri vəzifəsində işləyən İrakli Qaribaşvili Tiflis Aviasiya Zavodu əsasında öz ordusunun ehtiyacları və ixrac tədarükü üçün Su-25 istehsalını bərpa etməyin mümkün olduğunu bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan  

Gürcüstan Su-25 təyyarələrinin istehsalını bərpa edir

2021/02/16139-1614061216.jpg
Oxunub: 775     12:51     23 Fevral 2021    