Ordu.az xəbər verir ki, PUA-lar Əbu-Dabidə təşkil olunan IDEX-2021 Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunub.
QX dörd fərqli vasitədən ibarət PUA ailəsidir. QX-1 mikro PUA-ları kvadrakopter tiplidir və 0,5 kiloqram yük daşıyır, özünün çəkisi isə 3 kiloqramdır. QX-2 mini PUA-ları isə daha böyük platformadır və 1,5 kiloqram faydalı yük daşıya bilər.
QX-3 ümumi çəkisi 5 kiloqram olan dördədək sursat daşıya bilər.
5 kiloqram faydalı yüklə sabit qanadlı, şaquli qalxma-enmə qabiliyyəti olan QX-4 isə 90 dəqiqə havada qala bilər.
Sevinc Əliyeva
Ordu.az