Ordu.az xəbər verir ki, bu barədə “Hanwha Defence” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Biho” artıq Səudiyyə Ərəbistanında xarici sınaqlarını tamamlayıb.
K30 “Biho” 30 mm-lik özüyeriyən zenit silahı ilk dəfə Cənubi Koreya ordusu üçün hazırlanıb. Elektro-optik olaraq idarə olunan 30 mm silah sisteminin TPS-830K radarı 17 km məsafədən 22 kvadrat metrlik ərazidə hədəfi aşkar edib izləyə bilər.
Səudiyyə Ərəbistanının SAMİ adlı müdafiə sənayesi şirkəti 2030-cu ilədək müdafiə avadanlığının 50%-ni ölkə daxilində istehsal etməyi hədəfləyir. Riyad bu yaxınlarda “Kalaşnikov” avtomatlarının istehsalı üçün Rusiya ilə əməkdaşlıq edib. Türkiyədən alınan texnologiyadan istifadə edərək “Haboob” PUA-larının istehsalına da başlanılıb.
Sevinc Əliyeva
Ordu.az