Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə baxış keçirib

2021/02/16140-1614007765.jpg
Oxunub: 957     19:28     22 Fevral 2021    
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Ombudsman Aparatından Ordu.az-a bildirilib ki, aparatın əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.

Baxış zamanı hərbi hissənin komandanlığı tərəfindən Aparatın əməkdaşlarına hərbi hissə barədə məlumat verilib.

Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin əsgər yataqxanasına, ixtisas tədris korpusuna, tibb hissəsinə, əsgər hamamına, görüş otağına, yeməkxanaya və camaşırxanaya baxış keçirilib.

Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları yeməkxana korpusunda və camaşırxanada olarkən orada işləyən mülki şəxslərlə də görüşüblər.

Gələcəkdə bu cür tədbirlərin Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, o cümlədən razılaşdırılmış tədbirlər planına müvafiq olaraq digər qoşun növlərində də həyata keçirilməsi davam etdiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ombudsman   Azərbaycan  

Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə baxış keçirib

2021/02/16140-1614007765.jpg
Oxunub: 958     19:28     22 Fevral 2021    